Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd olunacaq

Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25 noyabr, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında respublika Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor, şair Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Rəfiq Zəka Xəndanın zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.

Adətən heca və əruz vəznlərində yazan ədibin əsərlərinin əsas mövzusu türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət olub. O,"Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.

Görkəmli ədibimiz Rəfiq Zəka Xəndan Respublika Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb və Azərbaycan Dövlət Mükafatı laureatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə