“My name is İntiqam” filminin təşkilatı işləri bitib

“My name is İntiqam” filminin təşkilatı işləri bitib

Xəbər verdiyimiz kimi, "My name is İntiqam" milli komediya filminin qala – gecəsi keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirlə bağlı bütün təşkilatı işlər bitib.

AAAF Parkın vahid sponsorluğu ilə komediya janrında çəkilən "My name is İntiqam" filminin rejissoru Emil Abdullayevdir. Bol-bol gülüş vəd edən baş rolun ifaçısı aktyor Müşfiq Şahverdiyev filmin "bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli film" olacağını söyləyib.

Qala –gecəsində filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi Fariz Əliyev, aktyorlar Müşfiq Şahverdiyev, İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

Filmdən əvvəl, qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar.

Qeyd edək ki, filmin qala gecəsi noyabrın 28-i, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə