Millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur aktrisası Nebahat Çehre ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, millət vəkili bu barədə "Facebook"da yazıb: "İstanbul-Bakı dönüşündə qardaş Türkiyənin dəyərli sənətçilərindən Nebahat Çehre ilə, maraqlı söhbət etdik. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, Qarabağ problemi ilə yanaşı sənətdən, həyatdan da danışdıq. Nebahat xanım Azərbaycana film layihəsi ilə bağlı, dəvət əsasında gəldiyini söylədi və ölkəmizə ilk dəfə gələn Nebahat xanımın, Azərbaycanı sevəcəyinə inanıram. Çox maraqlı və həyat dolu bir insandır. Cəmi 2-3 saat içində dostlaşdıq. Mənə layihə barədə də söylədi. Keçdiyimiz tarixi yolunu bəhs edən,çox maraqlı layihədir. Uğurlu olsun. Nebahat xanıma ikinci Vətəninizə xoş gəldiniz deyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB