“Zengin kız, fakir oğlan”ın oyunçusu Musiqili Teatrın aktyoru oldu

“Zengin kız, fakir oğlan”ın oyunçusu Musiqili Teatrın aktyoru oldu

Uzun müddətdir ki, qardaş Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur "Zengin kız, fakir oğlan" bədii televiziya serialında "Həkim Ramin" obrazı ilə azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan aktyor Nicat Həbibov bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb. Bununla bağlı SİA-ya açıqlama verib: "Musiqili Teatrda çalışmaq çoxdankı arzum idi. Bu arzumu həyata keçirmək üçün ötən ay teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm. Hər zaman gənclərə xüsusi diqqət və qayğısıyla seçilən Əliqismət müəllim məni hörmətlə qəbul etdi, dinlədi və illərdən bəri ürəyimdə gəzdirdiyim arzunu gerçəkləşdirdi. Artıq mən Musiqili Teatrın əməkdaşıyam. Hazırda Şarl Peronun "Yatmış gözəl və cırtdanlar" tamaşasında baş rolun – Kral obrazının məşqlərinə başlamışam. İnanıram ki, mənə göstərilmiş etimadı doğruldacam".

Qeyd edək ki, buna qədər gənc aktyor "Sübhün səfiri" filmində Mirzə Fətəli Axundzadənin gəncliyini, "Sirr", "Döngələr", "Son hədd" və s. bədii film və seriallarda baş qəhrəmanların obrazlarını canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə