Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, SSRİ Xalq Artisti, professor Arif Məlikovun müəllif konsertinin keçirilməsi planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının əməkdar artisti Adilə Əliyeva çıxış edəcək. Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyası, "Metamorfozlar" simfonik poeması, Fortepiano və orkestr üçün konsert səslənəcək.
Qeyd edək ki, konsert 28 noyabr, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB