Maltanın “Eurovision-2015” mahnı müsabiqəsinin təmsilçisi müəyyən olunub
Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində Maltanı Amber Bondin təmsil edəcək. SİA-nın verdiyi məlumata görə, 23 yaşlı ifaçı "Warrior" mahnısını oxuyacaq. İfaçı Malta milli yarışmasının final mərhələsində 14 ifaçının sırasından seçilib.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB