Lənkəran teatrı əsgərlər qarşısında xeyriyyə tamaşası ilə çıxış edib FOTOLAR

Lənkəran teatrı əsgərlər qarşısında xeyriyyə tamaşası ilə çıxış edib FOTOLAR

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası noyabrın 23-də Milli Ordunun əsgərləri qarşısında növbəti xeyriyyə tamaşası ilə çıxış edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, teatrın səhnəsində gənc əsgərlərə xalq yazıçısı İlyas Əfəndiyevin "Qəribə oğlan" komediyası təqdim olunub. Böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Tariyelqızıdır. Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aparıcı aktyorlar Zemfira Nəcəfova, Miraslan Ağayev, Aynur Əhmədova, Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Emin Fərzullayev və digərləri ifa ediblər.

Qeyd edək ki, xalq yazıçısı İ.Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş "Qəribə oğlan" tamaşası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə