Osman Gündüz: “İnsanlar istədikləri mövzuları müzakirə edirlər” AÇIQLAMA
"Sosial şəbəkə cəmiyyət üçün açıq olduğuna görə, istədikləri mövzuları burada yaza bilərlər". Bunu SİA-ya Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz söyləyib. Bildirib ki, əvvəlki dövrlərlə müqayisədə Azərbaycanın sosial mediası müsbət tərəfə xeyli dəyişib: "Əvvəllər sosial şəbəkələrdə daha çox bəsit, tanışlıq, məişət mövzuları müzakirə olunurdusa, hazırda sosial medianın faydalı tərəfi daha qabarıq göstərilir. İndi insanlar cəmiyyətə müəyyən qədər xeyir verəcək məsələlər, karyera müzakirə edilir. Bu, açıq şəbəkə olduğuna görə bunun qarşısını almaq mümkün deyil. İnsanlar istədikləri mövzuları müzakirə edirlər. Düşünürəm ki, sosial medianın inkişafı zamanla bəsit mövzuların yaranmasını sıradan çıxaracaq. Artıq sosial media cəmiyyətin ayrılmaz bir hissədir. Ona görə də insanlar sosial şəbəkədə paylaşdıqları məsələlərə diqqətlə yanaşmalıdırlar. Çünki onların paylaşdığı mövzu artıq onlara aid olmur. Sosial şəbəkəyə qoyulan məlumat kiminsə mənafeyinə, şəxsiyyətinə toxuna bilər. Hazırda sosial mediada olan informasiya KİV-də yayılan məlumat qədər ciddi yanaşılır. İnsanlar dərk etməlidirlər ki, KİV-də təhqir, böhtanla bağlı qanunvericilikdə hansı hallar nəzərdə tutulubsa, həmin hal internetə də aiddir. Xüsusilə diqqətinizə çatdırım ki, bəzi informasiyalar var ki, onu açıqlamaq olmaz. İnsanlar informasiya yayarkən diqqətli olmalıdırlar. Çünki Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Bəzən bilərəkdən və ya bilməyərəkdən düşmənin mənafeyini güdən məlumatlar da olur. Bu da qanunvericilikdə tənzimlənir. İndi böyük dövlətlərin xüsusi xidmət orqanları, kəşfiyyat və analitik qurumları sosial medianı araşdırmaqla ölkələrdəki real vəziyyətlərlə məlumatlanıb, istədikləri nəticəyə gəlirlər. Ona görə də elə informasiyalar qoyulmalıdır ki, həm Azərbaycanın milli maraqlarına, həm də insanların təhqir olunmasına şərait yaradan məlumatlar olmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB