24-28 noyabr tarixində YUNESKO Baş Qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iclasda nazir müavini xanım Sevda Məmmədəliyeva və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə tərəfindən təmsil olunacaq.
Komitənin builki sessiyasında 2003-cü il Konvensiyasının gələcək implementasiya (icra) mexanizmləri, Konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırki vəziyyəti, eyni zamanda Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaq.
Bununla yanaşı, Qeyri-maddi mədəni irs Fonduna könüllü olaraq verilmiş töhfələr, Məşvərətçi və Köməkçi orqanların 2014-cü il üçün İş Planları nəzərdən keçiriləcək, YUNESKO-nun Bəşərriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı və Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi üçün ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə yekun qərar qəbul ediləcək.
Sessiya zamanı həmçinin qeyri-hökumət təşkilatlarının akreditə olunması və qiymətləndirilməsi, Komitənin növbəti 10-cu sessiyasının keçiriləcəyi tarix və yer və Komitənin 10-cu sessiyasının Büro üzvlərinin seçilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB