AMK-nın rektoru Siyavuş Kəriminin 60 illik yubileyi qeyd olunub
Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Musiqi Kollecində Konservatoriyasının rektoru Siyavuş Kəriminin 60 illik yubileyinə həsr olunmuş görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən respublikanın xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və başqaları iştirak ediblər.
Yubiley gecəsini açan kollecin direktoru Nazim Kazımov qonaqlara Siyavuş Kəriminin həyat və yaradıcılıq yolu, ictimai, pedaqoji fəaliyyəti haqqında məlumat verib. Daha sonra Xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov, Ağacəbrayıl Abbasəliyev bəstəkarla bağlı xatirələrini danışıblar.
Konsertin sonunda yubilyar çıxış edərək Musiqi Kollecinin tədbir iştirakçılarına, çıxış edən ifaçılara minnətdarlığını bildirərək, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb. Bəstəkar yubiley gecəsində əməkdar artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB