"Səsimdən yapış"

Bu gün YUĞ Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq. SİA-nın verdiyi məlumata görə, tamaşa yazıçı Kamal Abdullanın "Bir..iki...bizimki..." pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatı Ramiq Mehdiyə məxsusdur.

Qeyd edək ki, rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmməd Səfa, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə