Şamil Mahmudbəyovun yubileyi qeyd ediləcək

Şamil Mahmudbəyovun yubileyi qeyd ediləcək

Rejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, yubiley tədbirində rejissorun sənət dostları və ailə üzvləri iştirak edəcək.

Tədbirdə Ş.Mahmudbəyovun həyat və yaradıcılıq yolundan bəhs edən foto-sərgi nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, Ş. Mahmudbəyov 1924-cü il dekabrın 5-də anadan olub. O, Azərbaycan kinosunda "Şərikli çörək", "Qaraca qız", "Torpaq. Dəniz. Od. Səma", "Romeo mənim qonşumdur" və s. filmlərin müəllifidir. Ş. Mahmudbəyov 1997-ci ildə dünyasını dəyişib.

Qeyd edək ki, tədbir dekabrın 6-da Dövlət Film Fondunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə