Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 32-ci dönəm toplantısı işə başlayıb. SİA-nın verdiyi məlumata görə, toplantıda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
TÜRKSOY təşkilatının 32-ci dönəm toplantısı və Kazan şəhərinin 2014-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olması münasibətilə 20 noyabr 2014-cü il tarixində Kazanın Kremlin Muzeyində sərgi təşkil edilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevlə Rusiya Federasiyasının Tatarıstan Respublikasının sabiq Prezidenti, hazırkı dövlət müşaviri Mintimer Şaripoviç Şeymiyev və Ermitaj Dövlət Muzeyinin direktoru Mixail Borisoviç Pyatrovskiy arasında görüş keçirilib.
Qeyd edək ki, görüşdə mədəniyyət sahəsində ortaq əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB