Nizami Kino Mərkəzində yeni layihəyə start verilib FOTO

Nizami Kino Mərkəzində yeni layihəyə start verilib FOTO

Noyabrın 21–dən Nizami Kino Mərkəzi kafe Nizami ilə birgə "Kinoklub" layihəsinə start verəcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi - yeni filmlərin nümayişini təşkil etmək, yaradıcı insanların bu məkana yığışaraq filmlə başlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır. Disput keçirməyi və öyrənməyi sevən hər bir yaradıcı insan buranı sevimli məkanına çevirə bilmək şansı alır. Gələnlər üçün milli və avropa yeməklərindən ibarət furşetdə təşkil ediləcək.

İlk nümayiş olunacaq lent ən nüfuzlu qısametrajlı film festivallarından birinin müsabiqə proqramına daxil edilmiş azərbaycanlı kinorejissor Teymur Hacıyevin "Yara" filmidir.

Sözügedən qısametrajlı film 2013-cü ildə "FIL Production" və "Cinex Azerbaijan Film & Digital production" istehsalı olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində çəkilib. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Həmçinin, melomanların Nizami Kino Mərkəzinin şık dizaynlı kafesində hər gün canlı musiqiyə qulaq asmaq imkanı var.

Bütün xəbərlər Facebook səhifəmizdə