“Gürcüstan Milli Muzeyindəki Azərbaycan xalçaları” kataloqunun təqdimatı keçirilib
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları" kataloqunun təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanla Gürcüstanı sıx dostluq əlaqələri və mədəniyyət sahəsində əməkdaşlıq telləri bağladığını söyləyib: "Xalçaçılıq Azərbaycan mədəniyyətinin ənənəvi istiqamətlərindən biridir. Ölkəmizin xalçaları bütün dünyada məşhurdur. Azərbaycan xalçası YUNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib".
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze tədbirə toplaşanlara minnətdarlığını bildirərək vurğulayıb ki, Gürcüstanda Azərbaycan mədəniyyətinə və incəsənətinə çox böyük maraq var, "Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları" kataloqunun çapdan çıxması hər iki ölkənin mədəni həyatında mühüm hadisədir.
Qeyd edək ki, kataloq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB