Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2014-cü il 26 noyabr tarixində Daşkənddə Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda "İpək yolu Azərbaycan və Özbək rəssamlarının gözü ilə" rəsm sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirin təşkilatçıları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qallereyasıdır.
Sərginin açılışında Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri və işçiləri, habelə Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamların iştirakı gözlənilir.
Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, xalqların ortaq dəyərlərini təbliğ etmək və tarixi ipək yolunun hər iki xalqın həyatında rolunu bir daha göstərməkdir.
Sərgi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qallereyasının təşkilatçılığı ilə Özbəkistana gətirilmiş tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və s. əsərləri, habelə Özbək tərəfinin tanınmış Özbək rəssamları Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və s. rəssamlarının əsərləri nümayiş etdiriləcək.
Qeyd edək ki, sərginin açılışında İpək yolu haqqında qısametrajlı sənədli film nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB