Miladi: 18 noyabr 2014
Hicri: 24 Məhərrəm 1436
İlin 322-cü günü
İlin sonuna 43 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr – 06:15
Günəş – 07:29
Zöhr – 12:29
Əsr – 15:25
Məğrib – 17:38
İşa – 18:57
1830 — Belçika müstəqilliyini elan edib.
1868 — Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis edib.
1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilib.
1918 — Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamə" təsdiq edilib. Həmin vaxtdan etibarən respublikada prokurorluq orqanlarının inkişaf mərhələsi başlanıb.
1918 — Litva müstəqilliyini elan edib.
1927 — Ankara Radiosu fəaliyyətə başlayıb.
1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilib.
1931 — Yaponiya qoşunları Mancuriyanı işğal edib.
1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlayıb.
1962 — ANS Şirkətlər qrupunun təsisçisi və ANS tele-kanalının vitse-prezidenti Seyfulla Mustafayev dünyaya gəlib.
1962 — Danimarkalı fizik Nils Bor dünyaya gəlib.
1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilib.
1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olub.
1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina edib.
1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilib.
1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurub.
1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlayıb.
1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmayıb. Ölkədə 1 günlük matəm elan edilib.
1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb.
1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB