Cəfər Cabbarlının 115 illik yubileyi qeyd ediləcək

Cəfər Cabbarlının 115 illik yubileyi qeyd ediləcək

Noyabrın 21-də Xızıda, Cəfər Cabbarlının ev-muzeyində ədibin 115 illik yubileyinə həsr edilmiş mərasim keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Xızı Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və C. Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, ədəbi irsindən bəzi nümunələr səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə