“Unutursam fısılda” filminin qala-gecəsi keçirilib FOTOLAR

“Unutursam fısılda” filminin qala-gecəsi keçirilib FOTOLAR

Nizami Kino Mərkəzində "Unutursam fısılda" filminin qala–gecəsi baş tutub. SİA-nın verdiyi məlumata görə, mərasimdə filmin rejissoru Çağan Irmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yücesoy, Gözde Cığacı da iştirak ediblər.

Film təqdim edilməmişdən əvvəl yaradıcı heyət səhnəyə çıxaraq, Azərbaycanda xüsusi mehribanlıqla qarşılandıqlarını söyləyiblər. Aktyorlar burada gözəl qarşılandıqlarına, onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə hər kəsə təşəkkür ediblər.

Gecədə izdiham da yaşanıb. Belə ki, Kərəm Bursin sevənlərinin hədsiz diqqətindən narahat olub. Əvvəlcədən filmi tamaşaçılarla birlikdə izləyəcəyinə söz verən aktyor, izdihamı görüb, ilk çıxışdan sonra zalı tərk edib.

Türkiyənin məşhur "Taff Pictures" studiyasında, dram janrında xüsusi imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Aypər və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Aypərinin cavanlıq illərini bacarıqlı aktrisa Fərəh Zeynəb Abdullah, Tarık rolunu Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayıb.

Filmi izlədikdən sonra qonaqlar mətbuat konfransı keçiriblər.

Rejissor Çağan Irmak filmləri ilə qazandığı uğurların sirrindən bəhs edib. O, yazdığı ssenarilərin hər zaman beynində olduğunu vurğulayıb:

Kərəm Bursin Çağan Irmakla çalışmağın onun uşaqlıq arzusu olduğunu deyib.

Qeyd edək ki, gecədə aktyor Mehmet Günsürün də iştirakı nəzərdə tutulsa da, o, gələ bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə