Dərbənd Azərbaycan Dövlət Dram Teatrı İsmayıllıda qastrol səfərində olub

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı İsmayıllıda qastrol səfərində olub

Ölkəmizə qastrol səfəri çərçivəsində Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi İsmayıllıda yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı göstərib. SİA-nın verdiyi məlumata görə, əsas süjet xəttini narkomaniya ilə mübarizə təşkil edən tamaşa İsmayıllıdakı Gənclər Mərkəzində səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzər Hüseynova, quruluşçu rəssam Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın Əməkdar Artisti Sevda Bəybalayevadır.

Nəzərinizə çatdıraq ki, Dağıstanın teatr kollektivinin səhnəyə qoyduqları tamaşa ismayıllılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sonda rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından qonaqlara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə