Ötən ay Musiqili Teatrda premyerası keçirilən Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraq və diqqətə səbəb olub. Xüsusilə Azərbaycan Respublikasının əməkdar artisti Şövqi Hüseynovun canlandıqdığı Məşədi İbad obrazı özünəməxsusluğu ilə diqqət çəkib. Şövqinin ifasında Məşədi İbad tamamailə yeni, fərqli, tamaşaçıda özünə qarşı rəğbət oyadan obrazdır.
Aktyor sözügedən tamaşada uğur qazanmasının səbəbini SİA-ya açıqlayıb: "Çoxları elə bilir ki, Məşədi İbadı oynamağım Cənnət Səlimovanın təklifidir. Amma əslində bu təklif Musiqili Teatrın direktoru Əliqismət Lalayevdən gəlib. Bu, məhz onun seçimidir. Mənimlə ilk dəfə bu barədə söhbət edərkən təklifi qəbul etmək istəmədim. Düşündüm ki, möhürü üstündə olan bir obrazı yeni ampuladan təqdim etmək birmənalı qarşılanmaya bilər. Amma Əliqismət müəllim təkid etdi və məni inandırdı. Nəticədə ortaya uğurlu bir iş qoya bildim. Bu, həm də Əliqismət Lalayevin uğurudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB