Rus Dram Teatrında O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş "İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası baş tutacaq. SİA-nın verdiyi məlumata görə, rollarda xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya, teatrın aktyorları Əskər Rəhimov, Mədinə Mulayeva iştirak edirlər. Tamaşa Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski tərəfindən səhnəyə qoyulub.
Qeyd edək ki, tamaşa 20 noyabr, saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB