Barokko musiqisi Azərbaycanda

Noyabrın 18-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində barokko musiqisi axşamı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsertdə xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın sinfindən Osman Mustafazadə, Çinarə Əzimova, Firəngiz Abdullayeva çıxış edəcəklər.

Qeyd edək ki, konsertin proqramına dünya bəstəkarlarının əsərləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə