Bakıda “Sevgi ilə Gürcüstandan” adlı sərgi açılacaq

Bakıda “Sevgi ilə Gürcüstandan” adlı sərgi açılacaq

Noyabrın 18-də Bakıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə "Sevgi ilə Gürcüstandan" adlı sərgi açılacaq. SİA-nın verdiyi məumata görə, Azərbaycan Milli İncəsənət Muzeyində açılacaq bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir.

Qeyd edək ki, iki həftə davam edəcək sərgidə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə