Sərvər Əliyev: “Rejissor zamanı qabaqlamalıdır” AÇIQLAMA

Sərvər Əliyev: “Rejissor zamanı qabaqlamalıdır” AÇIQLAMA

Xəbər verdiyimiz kimi Gənc Tamaşaçılar teatrının aktyoru və rejissoru Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına yeni baş rejissoru təyin edilib. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Bu təyinat mənim üçün gözlənilməz oldu. Bu günə qədər müxtəlif teatrlarda 25-ə qədər tamaşaya imza atmışam. Uzun müddət heç bir rejissorun yadına düşmədiyi Ü.Hacıbəylinin "Ər arvad" tamaşasını teatra mən gətirmişəm. Onu demək istəyirəm ki, rejissor zamanı qabaqlamalıdır".

Başqa iş təklifləri almasına baxmayaraq Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən irəli sürülən iş təklifini daha üstün tutan S. Əliyev bildirib ki, Qarabağ onun üçün böyük məhfumdur: "Mənə Dərbənd Teatrında baş rejissor işləməyim barədə də təklif gəlmişdi. Hətta həmin təklifi qəbul etmək də istəyirdim. Lakin Mədəniyyət və Turizm Nazirliyi tərəfinən mənə edilən təklifi düşünmədən qəbul etdim. Çünki, Qarabağ mənim üçün böyük məfhumdur. Həm də həmin kollektiv sənət yanğısı ilə doludur. İnanıram ki, Ağdam Teatrının nüfuzunu özünə qaytara biləcəyik. Mənə etibar etdikləri üçün mədəniyyət və turzim naziri Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə