Türk kinomotaqrafiyasının 100 yaşı tamam olub

Türk kinomotaqrafiyasının 100 yaşı tamam olub

Türkiyə kinosu San-Stefanoda rus əsgərlərinə ucaldılmış abidənin dağıdılması mövzusunda çəkilmiş "Ayastefonasda rus əsgərinin abidəsinin sökülməsi" adlı ilk yerli filmin ekrana çıxmasının 100 illiyini qeyd edir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Fuad Uzkınayın operatorluğu ilə lentə alınmış və sənədli xarakter daşıyan film tarixə ilk Türkiyə kinofilmi kimi daxil olub.

Qeyd edək ki, Osmanlı dövründən ilk teatrlaradək, rejissor Muhsin Ertuğruldan başlamış məşhur "Yeşilçam" filmləri dövrünədək Türkiyə kinosu dünyanın qocaman kinematoqrafiyaları arasında görkəmli yerlərdən birini tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə