Nizami Kino Mərkəzi “Unutursam fısılda” filminin qala-gecəsinə hazırdır
Xəbər verdiyimiz kimi, noyabrın 17-də Nizami Kino Mərkəzində "Unutursam fısılda" filminin qala–gecəsi keçiriləcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlə bağlı bütün təşkilatı işlər və hazırlıqlar bitib.
Türkiyənin məşhur "Taff Pictures" studiyasında, dram janrında xüsusi imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.
Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb. Qala–gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.
Qeyd edək ki, filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB