"Şahdağ" Qış-yay turizm kompleksində təlim kursları keçiriləcək

"Şahdağ" Qış-yay turizm kompleksində təlim kursları keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kursların uğurlu nəticələr verdiyini, həmçinin, yeni qış mövsümünün başlayacağını və "Şahdağ" kompleksində xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq cari ilin 17-24 noyabr tarixlərində (8 günlük) Qusar rayonunda yerləşən "Şahdağ" Qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları keçiriləcək.

Təlim-tədris kurslarında əsasən 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.

Noyabr ayının 24-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.

Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə