“Nabat” bədii filminin Almaniya premyerası baş tutub

“Nabat” bədii filminin Almaniya premyerası baş tutub

63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (İnternational Filmfestival Mannheim-Heidelberg) "Nabat" bədii filminin Almaniya premyerası baş tutub. SİA-nın verdiyi məlumata görə, təqdimatda və təqdimatdan sonra baş tutan mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Festivalının növbəti günlərində filmin Mannheym şəhərinin Schlossgarten və Heydelberq şəhərinin Stadthaus və Kino Atlantis kinoteatrlarında 5 nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə