Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "İçəri Şəhər" adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB