Nizami Kino Mərkəzində noyabrn 13-dən etibarən ABŞ istehsalı olan "Sevgili Rozi" və Almaniya ilə Boyük Britaniyanın istehsalı "Uidji lövhəsi" adlı filmlərin nümayişinə başlanıb. SİA-nın verdiyi məlumata görə, "Sevgili Rozi" filmini Culyett Tauxidinin ssenarisi əsasında rejissor Kristian Ditter, komedik melodram janrında çəkib.
Rozi və Aleks yaxın dostlardır. Aleks ailəsi ilə başqa şəhərə köçdükdən sonra hər iki gənc bir birindən ayrı qala bilmədiklərini anlayır və görüşüb ilk gecələrini bir yerdə keçirməyi qərara alırlar. Lakin reysinə gecikən Aleks Rozini yanlış addım atmağa vadar edir. Rozi başqa birisiylə bir yerdə olur. İki gəncin həyatı tamam dəyişir. Amma, uzun illər keçsədə, onlar aralarında olan bağlılığı itirmirlər.
Filmdəki rollara Sem Klaflin, Lili Kollinz, Suki Uoterhaus, Temzin Ejerton, Art Parkinson, Kristian Kuk, Jemi Uinston, Lili Leyt, Nik Li, Jeyk Menli və başqa aktyorlar çəkilib.
"Uidji lövhəsi" filmini rejissor Stayls Vayt dəhşət janrında çəkib. Bir qız, qədim masa oyunu olan Uidji lövhəsi ilə ruhları çağırır, baş verənləri kameraya çəkir və bundan sonra qəribə şəkildə ölü tapılır. Yaxın dostları onun ölümün ardından bu sirri açmaq üçün oyunu araşdırmağa başlayırlar. Amma Uidji lövhəsindən gələn dəhşət qarşısında, həyatda sağ qalmaq üçün mübarizə aparmalı olurlar.
Filmdə, baş rolları Oliviya Kuk , Ana Koto , Daren Kaqasoff , Byanka A. Santos, Duqlas Smit, Şelli Henni , Syerra Heyermann , Sanni Mey Ellison və başqa aktyorlar canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB