Konstitusiya günü münasibətilə Qəbələ və Lənkəranda tədbirlər keçirilib
Konstitusiya günü münasibətilə Qəbələ və Lənkəranda tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, Qəbələdə keçirilən tədbiri rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açıb. Sonra Mədəniyyət Mərkəzinin baş metodisti Fərid Aslanlı tarixdə ilk konstitusiyanın yaranmasından, konstitusiyanın mahiyyəti və funksiyaları, digər qanunlardan fərqi haqqında məruzə edib.
Daha sonra rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Səadət Sadıqova Azərbaycan Konstitusiyasının yaranma tarixi haqqında çıxış edərək, konstitusiyanın vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə danışıb. Azərbaycan Konstitusiyasının dünyada ən demokratik, dolğun bir konstitusiya olduğu qeyd olundu.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.Tədbir öncəsi iştirakçılar ümummilli lider Heydər Əliyevin ictimai- siyasi fəaliyyətini canlandıran memorial muzeylə tanış olublar. Sonra Mərkəzin baş mühafizi Aygün İbrahimovanın "Azərbaycan Konstitusiyası dövlətçıliyin əsas meyarı kimi" mövzusunda məruzəsi dinlənilib. O, çıxışında bildirib ki, Müstəqil Azərbaycanda demokratik,hüquqi dövlət quruculuğu,insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB