Vasif Eyvazzadə İSESKO-nun toplantısında iştirak edir

Vasif Eyvazzadə İSESKO-nun toplantısında iştirak edir

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və proqramlar şöbəsinin müdiri Vasif Eyvazzadə Birləşmiş Ərəb Əmirliyinin Sarja şəhərində keçirilən İSESKO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının İmplementasiyası üzrə Məşvərət Şurasının 13-cü Toplantısında iştirak edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasın gündəliyində "Müsəlman dünyasında Mədəni Vasitəçilik Rolunun Təşviqi üçün Fəaliyyət Planı Layihəsinin Geniş Xətləri" mövzusu müzakirə ediləcək. Bundan əlavə, şura Nizva şəhərinin 2015-ci il İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə Oman Sultanlığında Mədəniyyət Nazirlərinin lX İslam Konfransı gündəliyinin layihəsini nəzərdən keçirəcək.

İclas Şuraya üzv dövlətlərin, yəni, Oman, Misir, Tunis, Azərbaycan, Qırğızıstan, İndoneziya, Burkina Faso, Benin və Niger nümayəndələri bir yerə toplanmışdır. Həmçinin sabiq şura üzvlərindən: İƏT, İSESKO və BƏƏ ilə birlikdə Səudiyyə Ərəbistanı (Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı sədri qismində və İƏT iqamətgahının yerləşdiyi ölkə kimi), Seneqal (COMlAC - İƏT Mədəni Məsələlər və İnformasiya üzrə Daimi Komitənin iqamətgahının yerləşdiyi ölkə kimi), Mərakeş (İSESKO-nun iqamətgahının yerləşdiyi ölkə kimi) tədbirdə iştirak edir.

Qeyd edək ki, İKT Mədəniyyət Nazirlərinin 2-ci İslam Konfransının qərarı ilə yaradılıb (Rabat, noyabr 1998-ci il). O İslam dünyası üçün Mədəniyyət Strategiyası çərçivəsində İSESKO tərəfindən təqdim olunmuş strategiyaları və fəaliyyət planlarını, eləcə də mədəni alətləri və layihələri yoxlamaq; Mədəniyyət Nazirlərinin İslam Konfransı və digər xüsusi İslam Konfransları üçün təqdim olunacaq sənədləri təsdiqləmək; İslam mədəni fəaliyyətinin inkişafı üçün əsas istiqamətləri və anlayışları İSESKO Baş İdarəsinə tövsiyə etmək mandatına malikdir.

Bu günə qədər keçirilmiş 12 iclasın 8-i İSESKO mənzil-qərargahında, 4-ü isə müvafiq olaraq Riyad, Əlcəzair, Dakar və Bakıda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə