“Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu”

“Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu”

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə "Özbəkistan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan mövzusu" kitabı çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, kitabda Özbəkistanda Səfirlik və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən "Özbək mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edilən və 2013-2014-cü illərdə dərc olunan maraqlı məqalələr öz əksini tapıb.

Daşkənddəki "Davr press" nəşriyyatında nəşr olunan kitab özbək və rus dillərindədir.

Kitabın ön sözünün müəllifi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Kitabın "Ön söz"ündə qeyd edilir ki, 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Özbəkistan KİV-lərində "Azərbaycan", "Heydər Əliyev", "Azərbaycan mədəniyyəti" mövzusunda keçirilən müsabiqəyə təqdim edilən materialların ən yaxşıları seçilib və kitabda toplu halında oxuculara təqdim olunur. Kitabda "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev", "Qərb və Şərqin darvazası", "Özbəkistan və Azərbaycan-xalqlar dostluğunun möhkəmləndirilməsi yolunda", "Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 90 illiyi", "Azərbaycanın möcüzəsi-Qız qalası haqqında", "Şuşa-Azərbaycan musiqisinin beşiyi", "Azərbaycan və Özbəkistan Böyük İpək Yolunda və ya ümumi dəyərlərimiz haqqında", Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələr, tariximiz və mədəniyyətimizlə bağlı və digər mövzularda materiallar çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə