Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun yubileyi münasibətilə yeni tamaşanın premyerası olacaq. SİA-nın verdiyi məlumata görə, xalq artistinin 75 illik yubileyi münasibətilə Vladimir Stupinskinin "Artist və onun kölgəsi" adlı pyesinin ilk tamaşası nümayiş etdiriləcək. Tamaşadan əvvəl Hacı Murad Yagizarovu sənət dostları təbrik edəcək və yubileyi münasibətilə çapdan çıxan "Yaddaşımın dalğaları ilə" avtobioqrafik kitabının təqdimatı olacaq.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru İlqar Safatdır. Tamaşada Hacı Murad Yagizarov, Oleq Əmirbəyov, Teymur Rəhimov, Yeganə Hüseynli və başqaları iştirak edir.
Qeyd edək ki, tamaşa noyabrın 12-də Səməd Vurğun adına Rus Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB