Moldovanın Kişinyov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Mədəniyyət üzrə İşçi qrupunun mədəniyyətin turizmdə və ictimai həyatda roluna həsr olunmuş görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, DİƏT-ə üzv olan 12 ölkədən 8-i görüşdə iştirak edib. Azərbaycan sözügedən iclasda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ramil Abbəkirov tərəfindən təmsil olunub. Görüş çərçivəsində bir neçə mühüm mövzular ətrafında müzakirələr aparılıb. İlk növbədə QDİƏT-in qəbul etdiyi qərarlar, tövsiyələr və bəyannamələrin icra statusları nəzərdən keçirilib. Müzakirə olunan digər məsələlər QDİƏT ölkələrində yaşayan gənclərin mədəniyyət sahəsində əməkdaşlığı, mədəni irs və mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində imzalanacaq Anlaşma Memorandumu olub.
Qeyd edək ki, QDİƏT-in Mədəniyyət üzrə işçi qrupunun növbəti iclasının 2015-ci ilin mart-aprel aylarında təşkil olunması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB