“Türkvision-2014” Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək
Noyabrın 19-dan 20-dək Kazanda "Türkvision-2014" Beynəlxalq televiziya müsabiqəsi keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu il "türk dünyasının qızıl səsi" adı uğrunda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Tuva, Başqırdıstan, Türkmənistan, Gürcüstan, Moldova, Ukrayna, Makedoniya, Bosniya və Herseqovinadan, Krımdan, digər ölkələrdən və regionlardan 24 müğənni mübarizə aparacaq.
Nəzərinizə çatdıraq ki, vokalçıları beynəlxalq münsiflər heyəti qiymətləndiriləcək. Müsabiqənin keçirilməsi qaydalarına görə, hər bir iştirakçı ölkə münsiflər heyətinə bir nümayəndə göndərəcək.
Qeyd edək ki, sözügedən musiqi yarışına iyulun 18-də Kazanda rəsmi start verilib. Bundan sonra müsabiqədə iştirak etmək arzusunda olduğunu bildirmiş ölkələrdə və regionlarda yerli ifaçılardan sifarişlərin qəbulu başlanıb. Daha sonra ən yaxşı ifaçıları müəyyənləşdirmək üçün hər yerdə milli seçmə turları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB