İstanbul Beynəlxalq Kitab Sərgisində milli stendimiz maraqla qarşılanıb FOTOLAR

İstanbul Beynəlxalq Kitab Sərgisində milli stendimiz maraqla qarşılanıb FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 33-cü İstanbul Beynəlxalq Kitab Sərgisində qurulan Azərbaycan bölümü sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən mlumata görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, "Hədəf" nəşrlər evi, "Qələm" və "Altun kitab" nəşriyyatları nazirliyin dəstəyi ilə təşkil olunmuş milli stendə təmsil olunublar.

Stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə dair Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm haqqında müxtəlif bukletlər, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə bağlı nəşrlər nümayiş olunub. Azərbaycanın turizm potensialı və ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbirlə bağlı dolğun informasiyanın əks olunduğu buklet və broşürlər maraqlananlara paylanılıb.

Eyni zamanda Nazirliyin təşkil etdiyi Azərbaycan bölümündə geniş şəkildə Bayraq günü qeyd olunub. Çox sayda və müxtəlif ölçülərdə Azərbaycan bayrağı nümayiş etdirilib. Bu günlə bağlı maraqlananlar məlumatlandırılıb.

"Hədəf" nəşrlər evi, "Qələm" və "Altun kitab" nəşriyyatları ilə Türkiyə nəşriyyatları arasında danışıqlar aparılıb və müvafiq istiqamətdə yeni əməkdaşlıqlar yaradıblar.

Azərbaycan bölümünü ziyarət edən Makedoniya mədəniyyət nazirinin müavini Behixhudin Shehabi ilə Nazirliyin əməkdaşları arasında görüş keçirilib. Nazir müavini Azərbaycan nümayəndə heyətini Makedoniyada kitab sərgisinə dəvət etib.

Milli stendimiz Türkiyənin bir çox kanallarında xüsusilə Show tv kanalında geniş şəkildə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə