Əməkdar jurnalist Telman Qarayevin 80 illik yubileyi münasibətilə görüş keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yazıçılar Birliyinin üzvləri, Mətbuat Şurasının nümayəndələri iştirak edəcək.
Nəzərinizə çatdıraq ki, Telman Qarayev jurnalistikaya ötən əsrin 70-ci illərində gəlib. Uzun illər Azərbaycan radio və televiziyasında çalışıb.
Qeyd edək ki, tədbir noyabrın 12-də AYB-nin "Natəvan" klubunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə