Bakı V Avropa Film Festivalı başa çatıb. SİA-nın verdiyi məlumata görə, Avropa Film Festivalı proqramında 16 ölkədən - Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıqdan müasir filmlər nümayiş olunub.
Festival çərçivəsində rejissor Elçin Musaoğlunun C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nabat" filmi də nümayiş olunub.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və "Park Cinema"nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB