“Rәngkarlıq vә heykəltəraşlıq”

“Rәngkarlıq vә heykəltəraşlıq”

Noyabrın 11-dә Azәrbaycan Rəssamlar İttifaqının V.Sәmәdova adına sәrgi salonunda rәssam Әmrulla İsrafilovun vә heykəltəraş Sahib Quliyеvin әsәrlәrindәn ibarәt "Rәngkarlıq vә heykəltəraşlıq" adlı sәrgi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgidә Ә.İsrafilovun 40-a yaхın boyakarlıq әsәri, S.Quliyеvin isə 35-dək hеykәltәraşlıq әsәri nümayiş olunacaq. Rəssam Ə.İsrafilovun rəsmləri yerli və xarici iş adamlarının, diplomatların şəxsi kolleksiyalarında, incəsənət qalereyalarında saxlanılır. Eyni zamanda Ə.İsrafilov rəsmləri Moskvada Şərq Xalqları Muzeyində saxlanılan və mühafizə edilən azsaylı rəssamlardandır.

S.Quliyevin yaratdığı heykəltəraşlıq əsərləri milli və tarixi xüsusiyyətləri ilə yanaşı, sənətə müasir yanaşmanı özündə əks etdirir.

Qeyd edək ki, "Rəngkarlıq və heykəltəraşlıq" sərgisi noyabrın 21-dәk davam еdәcәk.

Bütün xəbərlər Facebook səhifəmizdə