Azərbaycan Dövlət Musiqili Teatrında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 9 noyabr – "Dövlət Bayrağı Günü" münasibətilə internat məktəblərinin uşaqları üçün bayram tədbiri təşkil edib. SİA-nın verdiyi məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Bakının 8 internat məktəbindən 500-dək şagird iştirak edib. "Mən Azərbaycanlıyam!" devizi altında keçirilən aksiyasının davamı olan tədbir "Bayrağımız qürur mənbəyimizdir!" adlı rəsm sərgisinin nümayişi ilə başlanıb. Sonra teatrın səhnəsində uşaqlar üçün bayram konserti təqdim olunub. Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinə, milli atributlarına, Dövlət Bayrağına uşaqların diqqətini cəlb etmək və onlarda vətənpərvərlik ruhunu daha da artırmaqdır. Konsert proqramımdan sonra uşaqlara hədiyyələr təqdim olunub, onlar xüsusi avtobuslarla Dövlət Bayrağı Muzeyinə ziyarətə yola salınıb.
Qeyd edək ki, ziyarətdən sonra uşaqlar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə start götürən velo-yürüşü seyr ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB