"O olmasın, bu olsun”

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsəri nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, tamaşada 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olub.

Qeyd edək ki, tamaşa 9 noyabr, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 6-10 manat arasında dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə