Azərbaycan və Yunanıstan teatrları əməkdaşlıq edəcək

Azərbaycan və Yunanıstan teatrları əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın verdiyi məlumata görə, müqaviləyə əsasən Azərbaycan və Yunanıstan teatrları arasında müştərək tamaşanın hazırlanması nəzərdə tutulub. Tamaşa qədim yunan dramaturqu Esxilin "Zəncirlənmiş Prometey" əsəri əsasında hazırlanacaq. Tamaşada hər iki teatrın aktyorları iştirak edəcək.

Qeyd edək ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və Yunanıstan Milli Teatrının bədii rəhbəri Sotiris Çatzakis imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə