Bakı Uşaq Teatrı Bayraq Gününü qeyd etdi FOTOLAR

Bakı Uşaq Teatrı Bayraq Gününü qeyd etdi FOTOLAR

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün, bizim hər birimiz üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bakı Uşaq Teatrı da bu dəyərləri daim yaşadır. SİA-nın verdiyi məlumata görə, 9 noyabr "Bayraq Günü" münasibətilə Bakı Uşaq Teatrı Dövlət Bayraq İdarəsi ilə birlikdə Q. Abbasov adına mədəniyyət sarayında tədbir təşkil edib. Tədbirdə Bakı Uşaq Teatrının repertuarından "Vətən" tamaşası nümayiş olunub. Tamaşa dövlət Himnimizə və Dövlət bayrağımıza həsr olunub. İdeya İntiqam-Soltana, quruluş İntiqam-Soltan və Ayşad Məmmədova, bəstə Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Rolları Rauf Hüseynli, Niyaz Qasımov, Cavanşir Məhərrəmov ifa ediblər.

Qeyd edək ki, tədbirdə Bakı Şəhər Təhsil idarəsinin işçiləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə