"Mozalan" kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir. SİA-nın verdiyi məlumata görə, müsabiqə kino jurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxartmaq və onlarla əməkdaşlıq etmək məqsədi daşıyır. Müsabiqədə peşəkar dramatuqlarla yanaşı özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gülməli əhvalatlar görüb, onları gülməli ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər.
Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.
Ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmur.
Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən ad və soyad göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir. İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB