Mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və həmin sektorun məsləhətçisi Elçin Hüseynov Xızı rayonuna ezam ediliblər. SİA-nın verdiyi məlumata görə, nazirliyin əməkdaşları rayonun mədəniyyət müəssisələrinə baxış keçirmiş, mövcud vəziyyəti öyrəniblər. Daha sonra müşavirə keçirilib.

Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilmiş, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılmış, təkiliflər səsləndirilib.

Hüquq sektorunun müdiri N.Qulamov "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununun, Azərbaycan Respublikasının Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normariv aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat vermiş, qaldırılan sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə