Azərbaycan Gənc Tamaşaçılar teatrının səhnəsində "Romeo və Culiyetta" tamaşasının premyerası olacaq. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru -Cənnət Səlimova, rəssam -Tumanişvili adına Tbilisi Dövlət Teatrının baş rəssamı -Şota Qlurdcidze, bəstəkar -Firudin Allahverdiyev.
Baş rolları xalq artistləri Tariel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər -Naibə Allahverdiyeva, Kubra Dadaşova, Nofəl Vəliyev, Vahid Əliyev, aktyorlar -Kəmalə Hüseynova, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmaylov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov və başqaları ifa edirlər.
Qeyd edək ki, tamaşa 8 noyabr, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Biletkərin qiyməti isə 6 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB