Məlahət Abbasova arzusuna çatdı

Hüseyn Cavidin "İblis" əsəri İstanbul Şəhər Teatrlarında səhnəyə qoyulacaq. Bu haqda SİA-ya Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova söyləyib: "Bədii Şurasında aparılan müzakirələrin nəticəsi olaraq əsər səhnələşdirilmək üçün səs çoxluğu ilə qəbul olunub. Bu, mənim üçün çox böyük tarixi hadisədir. İllərdir bunun xəyalını qururdum. Nəhayət "İblis" teatrın repertuarındadır. Hazırda sözügedən əsəri nə zaman nümayiş etdirməyi planlaşdırırıq. Əsər köhnə olduğu üçün üzərinə işlənəcək və əsərə uyğun aktyor seçiləcək. Xüsusi ilə qeyd edim ki, əsəri uzun illərdir səhnəyə qoymaq üçün çox çalışmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə