Nizami Kino Mərkəzində noyabrın 6 –dan etibarən "İnterstellar" filminin nümayişinə başlanıb. SİA-nın verdiyi məlumata görə, rejissor Kristofer Nolan "İnterstellar" filmini fantastik məcara və detektiv janrında çəkib. Filmin sloqanı: "Bəşəriyyətin növbəti addımı möhtəşəm olacaq".
Quraqlıq insanları ərzaq qıtlığına gətirdiyindən, bir qrup alim tədqiqatçı çətin axtarış yoluna çıxırlar. Onlar kosmosda uçuşlara qoyulan zaman məhdudiyyətini aşaraq ulduzlararası gəmiylə yeni aşkar etdikləri planetə bəşəriyyəti köçürmək arzusundadırlar.
Qeyd edək ki, filmdə, Metyu MakKonaxi, Enn Xeteuey, Ues Bentli, Jessika Çesteyn, Mett Deymon, Makkenzi Foy, Elies Qabel, Maykl Keyn, Keysi Afflek, Tofer Qreys və başqaları çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB